Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş stolüstü tennis turnirinə yekun vurulub
inəqədi Rayon Gənclər və İdman İdarəsi, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

"Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində keçirilən turnirdə oğlanların yarışında Şərif Əhmədov, Mətin Kərimli və Şahin Quluzadə ilk üçlükdə yer alıblar. Qızların mübarizəsində Elmira Tağıyeva qızıl, Gülər Qasımova gümüş, Səbinə Məhərrəmova isə bürünc medala sahib olublar.

Xəbər 413 dəfə oxundu.