Marneulidə şahmat turniri təşkil olunub
Gürcüstanın Marneuli şəhərində “İnkişaf və Təhsil Mərkəzi”nin həyata keçirdiyi “Gənclər idmanı seçir” layihəsi çərçivəsində şahmat üzrə blits turniri keçirilib.

Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş turnirdə 16 gənc iştirak edib.

Azərbaycanlı gənc şahmatçılar Azər Süleymanov birinci, Cahandar Bayramov ikinci, Qasım Əliyev isə üçüncü yerə çıxıblar.

“Gənclər idmanı seçir” layihəsi çərçivəsində voleybol, oxçuluq, futbol üzrə də yarışlar da keçirilir. Mayın 29-da bütün turlara yekun vurulacaq və qaliblər mükafatlandırılacaqlar.

Onun sözlərinə görə, bu cür yarışları keçirməkdə məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların idmana marağını artırmaq, eləcə də daha güclü uşaqları seçib rayon və respublika birinciliklərinə çıxartmaqdır.

Xəbər 246 dəfə oxundu.