Kamanan yenə qolları sıralayır
Premyer Liqanın 5-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçiriləcək matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” 2-ci yoxlama oyununda qüvvəsini sınayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 3 gün öncə olduğu kimi yenidən əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 3:0 hesabı ilə qalib gəlib.

Yannik Kamananın het-triki əsas komandanın 3:0-lıq qalibiyyətini təmin edib. O, öncəki oyunda dublla yadda qalmışdı. Qeyd edək ki, ilk matçda əsas heyət rəqibini 6:0 məğlub etmişdi.

Xəbər 835 dəfə oxundu.