“Səbail” klubu Mahmud Qurbanovla ikiillik müqavilə imzalayıb
Bakının “Səbail” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Səbail”in Müşahidə Şurasının qərarı ilə komandanı Mahmud Qurbanov çalışdıracaq. Qırx doqquz yaşlı mütəxəssislə 2023/2024-cü il mövsümünün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, M.Qurbanov 2018-ci ildən “Neftçi”nin əvəzedici heyətinin baş məşqçisi vəzifəsində çalışıb. 2020/2021-ci il mövsümündə əvəzedici komandada I Divizionun qalibi olub.

Xəbər 284 dəfə oxundu.