“Araz” elit-raunda yüksəlib | |
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində III turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz” Macarıstanda keçirilən 6-cı qrupun son oyununda yerli “Dyor”la qarşılaşıb. Matç 5:5 hesabı ilə başa çatıb. Komandamızın qollarını Karlos Alberto (2), Vitali Borisov, Serjao və Biro Jade vurublar. Bununla da təmsilçimiz elit-raunda qrup 2-cisi kimi yüksəlib. Qrupumuzdakı digər oyunda Niderland “Eyndhoven”i ilə İrlandiya EİD-i qarşılaşıb. Hollandiyalılar 6:3 hesabı ilə qalib gəlib. 1. “Dyor” 3 2 1 0 14-7 7 2. “Araz” 3 2 1 0 11-9 7 3. “Eyndhoven” 3 1 0 2 9-10 3 4. EİD 3 0 0 3 6-14 0 |
|
Xəbər 1165 dəfə oxundu. |
|
|