Azərbaycan idmançısı ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edəcək
Mayın 28-dən iyunun 5-dək Albaniyanın paytaxtı Tiranada qadınlar və kişilər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycanı yarışda Dadaş Dadaşbəyli (102 kq) təmsil edəcək.

Qeyd edək ki, qitə çempionatında 39 ölkədən 326 atlet (161 qadın, 165 kişi) iştirak edəcək.

Xəbər 641 dəfə oxundu.