"Roma" klubunun baş məşqçisi Joze Mourinyo tarixi rekorda imza atıb
İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo tarixi rekorda imza atıb. Portuqaliyalı mütəxəssis bu uğura komandasının UEFA Konfrans Liqasının finalında Niderlandın "Feyenoord" klubuna qalib gəlməsi ilə nail olub - 1:0.

J.Mourinyo tarixdə 4 fərqli klubla avrokubok çempionluğu yaşayan ilk baş məşqçidir. Belə ki, mütəxəssis "Portu" (2003-2004-cü il mövsümü) və "İnter" (2009-2010-cu il) ilə UEFA Çempionlar Liqasının qalibi olub. O, 2016-2017-ci il mövsümündə "Mançester Yunayted" klubu ilə UEFA Avropa Liqasında çempionluq sevinci yaşayıb. J.Mourinyo, həmçinin 2002-2003-cü il mövsümündə "Portu" ilə UEFA kuboku yarışlarının qalibi olub.

Xəbər 440 dəfə oxundu.