“Qarabağ” Patrik Andrade ilə müqaviləni yeniləməyə yaxındır
Ağdamın “Qarabağ” klubu danışıqlar apardığı futbolçusu Patrik Andrade ilə razılıq əldə etməyə yaxındır.

Tərəflər yeni müqavilə şərtlərində ortaq məxrəcə gəlmək üzrədir. Kabo-verdeli legioner Ağdam klubunun son təklifinə müsbət yanaşıb. Belə ki, Ağdam təmsilçisi iki mövsümdür xidmətindən yararlandığı afrikalı yarımmüdafiəçiyə daha artıq məvacibə hazır olduğunu elan edib.

Tərəflər arasında yaxın günlərdə yeni müqavilənin imzalanacağı gözlənilir. Kabo-Verde millisinin üzvü 2020-ci ilin yayında Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a transfer olunub.

Xəbər 265 dəfə oxundu.