“Qarabağ” klubu gürcüstanlı qapıçının transfer hüququna sahib çıxıb
Luka Quqeşaşvili “Qarabağ”da qalacaq. Ağdam klubu gürcüstanlı qolkiperin transfer hüququna yiyələnib.

Tərəflər artıq müqaviləyə imza atıblar. Ancaq sözləşmənin müddəti və maliyyə detalları hələlik bəlli deyil.

İyirmi üç yaşlı qolkiper ötən qış Polşanın “Yagelloniya” klubundan icarəyə götürülüb. Gürcüstan millisinin üzvü “Qarabağ”da 10 oyunda forma geyinib.

Xəbər 241 dəfə oxundu.