“Neftçi”nin kikboksçuları ölkə çempionatında 3 medal qazanıblar
“Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçirilib.

“Neftçi” idman klubunun yetirmələri çempionatda 3 medal qazanıblar.

Klubun yetirmələrindən Ramiz Məmmədov (60 kq) full kontakt versiyasında çempionatın qızıl medalına sahib olub. Rauf Gərayzadə (81 kq) isə lou kik versiyasında gümüş medala sahib olub. Xanım idmançı Fatma Mehdiyeva (65 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan çempionatının qalibləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə ediblər.

Xəbər 405 dəfə oxundu.