Bakı birinciliyində 2011-2013-cü il təvəllüdlü gimnastlar arasında qaliblər müəyyənləşib
Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyində 2011-2013-cü il təvəllüdlü idmançılar arasında qaliblər müəyyənləşib.

Bu yaş qrupunda Ayan Ağayeva qızıl medal qazanıb. Məryəm Əliyeva və Qəmər Ağaqulu isə ilk üçlükdə yer alıblar. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.

Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyində 80 gimnast iştirak edib. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış ediblər.

Xəbər 374 dəfə oxundu.