“Arsenal” klubu futbolçusu Məhəmməd Elneni ilə müqaviləni yeniləyib
İngiltərənin “Arsenal” klubu futbolçusu Məhəmməd Elneni ilə müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Misirli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2016-cı ildən “Arsenal”da oynayır. Futbolçu bu müddət ərzində 147 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xəbər 239 dəfə oxundu.