Taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub
Azərbaycan Taekvondo Federasiyasında (ATF) məşqçi-müəllimlər üçün seminar təşkil olunub.

Seminara Bakı şəhəri və bölgələrimizdə fəaliyyət göstərən taekvondo bölmə və klubların məşqçiləri qatılıblar. Seminar Dünya Taekvondo Federasiyası tərəfindən qəbul edilən yeni qaydalarla bağlı təşkil edilib.

ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, texniki direktor Oh Kvang Çeol seminar iştirakçılarına taekvondo üzrə artıq yarışların başladığını və yeni qaydaların gələcək yarışlarda tətbiq ediləcəyini bildiriblər. Vurğulanıb ki, seminarların ardıcıl olaraq keçirilməsi vacibdir.

Daha sonra ATF-in baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev qaydalar haqqında məşqçi-müəllimlərə geniş məlumat verib.

Xəbər 292 dəfə oxundu.