Çempionlar Liqasının finalında istifadə olunacaq top ictimaiyyətə təqdim olunub
UEFA Çempionlar Liqasının finalında istifadə olunacaq top ictimaiyyətə təqdim olunub.

Təqdimetmə mərasimi final qarşılaşmanın keçiriləcəyi Parisdə baş tutub. “Adidas” tərəfindən hazırlanan topun üzərində rus və ingilis dillərində “sülh” sözü yazılıb.

Qeyd edək ki, mayın 28-də keçiriləcək finalda “Real Madrid" və "Liverpul” futbol klubları üz-üzə gələcəklər.

Xəbər 253 dəfə oxundu.