Paralimpiyaçılar üçün AMADA tərəfindən maarifləndirici seminar təşkil olunub
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) boccia və pauerliftinq idman növləri üzrə milli komandaların idmançıları üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları tərəfindən maarifləndirici seminar keçirilib.

Seminarda idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları barədə ətraflı məlumat verilib.

Seminarda Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov da iştirak edib.

Qeyd edək ki, idmançıların antidopinq qaydalarına riayət etməsi üçün AMPK və AMADA mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.

Xəbər 487 dəfə oxundu.