Şahmatçımız Eltac Səfərli beynəlxalq festivalda uğurlu çıxışını davam etdirir
İtaliyada beynəlxalq şahmat festivalında Azərbaycan təmsilçisi Eltac Səfərli uğurlu çıxışını davam etdirir.

Sahmatçımız Eltac Səfərli ötən 5 turda 3,5 xal toplayaraq 4-cü yerdə qərarlaşıb. Turnirdə ilk yerdə isə 4 xalla FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur.

Ümumilikdə 20 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.

Qeyd edək ki, turnir mayın 26-da başa çatacaq.

Xəbər 483 dəfə oxundu.