“Volfsburq” klubunun yeni baş məşqçisi bəlli olub
Almaniyanın “Volfsburq” futbol klubunun yeni baş məşqçisi bəlli olub.

Bu vəzifəyə Niko Kovaç təyin edilib.

Əlli yaşlı xorvatiyalı mütəxəssis ilə 2024/2025-ci il mövsümünün sonunadək müqavilə imzalanıb. O, istefaya göndərilən Florian Koxfeldti əvəzləyib.

2021/2022-ci il mövsümünün sonunda “Volfsburq” 42 xal toplayaraq Bundesliqanı 12-ci pillədə başa vurub.

Xəbər 224 dəfə oxundu.