Puyol meydana dönür
«Barselona»nın təcrübəli futbolçusu Karles Puyol komandasınınsentyabrın 15-də «Xetafe» ilə oynayacağı liqa matçında yer ala biləcək. FIFA-nın internet saytında verilən xəbərdə, uzun zamandır zədəli olan 34 yaşlı müdafiəçinin «Barselona»nın məşqinə qoruyucu maskayla qatıldığı bildirilir.

İdman.com.az saytının məlumatına görə, İspaniya millisinin və «Barselona»nın kapitanlığını edən Puyol son Avropa çempionatına zədə səbəbiylə qatıla bilməmişdi. Futbolçu ən son «Barselona»nın «Osasuna»nı 2:1 məğlub etdiyi matçda meydana çıxmış və zədəyə məruz qalmışdı.

Xəbər 1161 dəfə oxundu.