“Sabah” klubu müdafiəçi Boyan Letiçlə yeni müqavilə bağlayıb
Bakının “Sabah” klubu müdafiəçi Boyan Letiçlə yeni müqavilə bağlayıb.

Bosniya və Herseqovinadan olan futbolçu ilə yeni müqavilənin müddəti 1+1 ildir.

B.Letiç bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışır. İyirmi doqquz yaşlı müdafiəçi cari mövsümdə 11 oyun keçirib, 1 qola imza atıb.

Xəbər 220 dəfə oxundu.