Gənclər və idman nazirinin müavini Avropa çempionatında uğurla çıxış edən komandamızın üzvləri ilə görüşüb
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş savat üzrə dünya kuboku yarışında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Dünya kuboku uğrunda kişilərin yarışında Ağazadə Əliyev (75 kq) qızıl, Vüqar Abbasov (80 kq) isə bürünc medal qazanıblar. Gənclər arasında Seymur Yusifov (70 kq) birinci, Riad Əliyev (70 kq) üçüncü, qadınların mübarizəsində isə Tutu İsmayılova (48 kq) ikinci, Aysu Dərvişova (60 kq) üçüncü yeri tutublar.

Görüşdə idmançıları salamlayan nazir müavini onları uğurlu çıxışları münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.

Federasiyanın prezidenti Rafiq Əliyev və baş məşqçi Taleh Nağızadə komandanın çıxışı və federasiyanın fəaliyyəti barədə nazir müavininə məlumat veriblər.

Xəbər 252 dəfə oxundu.