Şahmatçımız beynəlxalq turnirdə liderlər qrupunda qərarlaşıb
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

şahmatçımız Misrətdin İsgəndərov ötən 3 turda maksimum xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 2,5, Nicat Abasov 2, Aydın Süleymanlı 1 xal toplayıblar.

Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.

Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış 9 turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.

Xəbər 362 dəfə oxundu.