“Bavariya” klubu mərakeşli futbolçu ilə müqavilə imzalayıb
Almaniyanın “Bavariya” futbol klubu müdafiəçi Nussair Mazrouini transfer edib.

24 yaşlı mərakeşli futbolçu ilə 2026-cı ilin iyununadək müqavilə imzalanıb. Onun “Ayaks”la müqaviləsi başa çatdığı üçün mərakeşli oyunçu Münxen təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, N.Mazroui 2021/2022-ci il mövsümündə “Ayaks”da 34 oyunda meydana çıxıb, 5 qol vurub, 4 qolun ötürməsini edib.

Xəbər 424 dəfə oxundu.