Basketbolçularımız Avropa çempionatına Qaxda hazırlaşırlar
On səkkiz yaşadək oğlan basketbolçulardan ibarət yığma komandamız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.

Millimiz baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.

Təlim-məşq toplanışının əsas məqsədi iyulun 24-31-də San-Marinoda keçiriləcək U-18 Avropa çempionatının C divizionu çərçivəsində baş tutacaq oyunlara hazırlıqdır.

Toplanışa mayın 29-da yekun vurulacaq.

Xəbər 294 dəfə oxundu.