“Liverpul” klubu “Fulhem”in yarımmüdafiəçisini transfer edib
İngiltərənin “Liverpul” futbol klubu yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

Mersisayd təmsilçisi “Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyonu heyətinə qatıb. On doqquz yaşlı oyunçu iyulun 1-dən “Liverpul”a qoşulacaq.

Futbolçu “Fulhem”in bu mövsüm yenidən İngiltərə Premyer Liqasına yüksəlməsində pay sahiblərindən biri olub.

Portuqaliyalı oyunçu meydana çıxdığı 36 matçda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər 243 dəfə oxundu.