Kikboksinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının qalibləri bəlli olub.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişilər və qadınlar arasında kikboksinqin lou kik və full kontakt versiyaları üzrə 29 final qarşılaşması baş tutub.

Yekun nəticəyə görə, komanda hesabında 8 qızıl medal qazanan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin idmançıları birinci yeri tutublar. Komandanın baş məşqçisi Hikmət Hacıyevə kubok verilib. Rəhim Allahverdiyevin baş məşqçisi olduğu “Qızıl əlcək” klubu ikinci, Eduard Məmmədovun baş məşqçisi olduğu ZV Döyüş Akademiyası isə üçüncü yerdə qərarlaşıblar.

Beləliklə, Azərbaycan çempionatının qalibləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə edib.

Xəbər 424 dəfə oxundu.