Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

Mayın 23-də saat 23:00-dan etibarən yolun Azadlıq-Neftçilər prospektinin kəsişməsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.

Xəbər 445 dəfə oxundu.