Müstəqillik Gününə həsr olunmuş voleybol yarışı keçirilib
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xəzər rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd idmanın kütləviliyinin təmin olunması, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Olimpiya sistemi ilə keçirilən yarışda məktəb komandaları qüvvələrini sınayıblar.

Yarışda 121 nömrəli tam orta məktəbin komandası birinci olub. 183 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 185 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Xəbər 522 dəfə oxundu.