"İdman - Narkomaniyaya qarşı" devizi altında cüdo yarışı keçirilib
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman - Narkomaniyaya qarşı” devizi altında cüdo yarışı keçirilib.

Yarış kiçik və yeniyetmə idmançılar arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarla narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə məqsədi daşıyıb.

Buzovna Peşə Liseyinin idman zalında keçirilən yarışda 100-dək kiçik və yeniyetmə cüdoçu iştirak edib.

Qaliblər Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.

Xəbər 251 dəfə oxundu.