Üzgüçülük üzrə “Şən delfin” yaz açıq paytaxt birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Şən delfin” yaz açıq paytaxt birinciliyi keçirilib.

Birincilikdə 83 idmançı (37 qız) iştirak edib.

Yarış 2010-2011-ci il və 2011-2012-ci il təvəllüdlü k oğlan və qızlar arasında keçirilib.

İki gün davam edən birinciliyin yekununda qalib və mükafatçılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 584 dəfə oxundu.