Super Liqa klubunun baş məşqçisi istefa verib
Türkiyənin “Hatayspor” futbol klubunun baş məşqçisi Ömər Ərdoğan istefa verib.

45 yaşlı mütəxəssis bu qərarını Super Liqanın 38-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunundan sonra açıqlayıb.

O, komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçın ardından jurnalistlərlə söhbətində Hatay təmsilçisindən ayrılacağını bəyan edib. Mütəxəssis 2020-ci ildən bu komandaya rəhbərlik edib.

“Hatayspor” geridə qalan mövsümdə 38 oyuna topladığı 53 xalla 20 iştirakçı arasında 12-ci olub.

Xəbər 237 dəfə oxundu.