“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasında ən böyük hesablı qələbəsini qazanıb
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasında ən böyük hesablı qələbəsini qazanıb.

Baş məşqçi Aleksey Baqanın yetirmələri XXVIII turda “Səbail”i 5:0 hesabı ilə məğlub ediblər.

“Gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə Premyer Liqa oyununda 5 qol vurub. Sumqayıt təmsilçisi bununla da ilk dəfə 5 top fərqli qələbəyə imza atıb.

Xəbər 372 dəfə oxundu.