Şahmatçımız beynəlxalq turnirdə liderlər qrupunda qərarlaşıb
Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində şahmat üzrə keçirilən beynəlxalq turnir davam edir.

Sahmatçımız Misrətdin İsgəndərov ötən iki turda maksimum xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Nicat Abasov, Məhəmməd Muradlı 1,5, Aydın Süleymanlı 1 xal toplayıblar.

Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.

Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.

Xəbər 383 dəfə oxundu.