Qrup hərəkətləri üzrə yığma komandamız dünya kuboku yarışlarında iki medal qazanıb
İspaniyanın Pamplona şəhərində keçirilən bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışlarına yekun vurulub.

Yarışda ölkəmizi təmsil edən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medallara layiq görülüblər.

Fərdi proqramda ölkəmizi təmsil edən millimizin üzvü Zöhrə Ağamirova halqa ilə 5-ci, topla 6-cı, lentlə çıxışına görə 7-ci olub.

Xəbər 278 dəfə oxundu.