«Atletiko» Falkaonu buraxmır
Varlı sahiblərə malik PSJ, «Mançester Siti», «Çelsi», «Anji» kimi klubların hədəfində Madrid «Atletiko»sunun kolumbiyalı fovardı Radamel Falkaonun da olduğu bəllidir. İdman.com.az saytının məlumatına görə, madridlilərin baş direktoru Migel Anhel Hil Marin bəyan edib ki, PSJ, «Mançester Siti», «Çelsi» və «Anji» ilə bərabər səviyyədə pul təklif edir.

O deyib: «Böhranın şərtləri elədi ki, bütün varlı olmayan klublar liderləri ilə vidalaşmalı olurlar. Deyə bilərəm ki, PSJ, «Anji», «Çelsi», «Mançerter Siti» Falkao ilə maraqlanırlar. Lakin maliyyə çətinliklərinə baxmayaraq, biz risk edib onu satmaqdan imtina etdik».

Xəbər 919 dəfə oxundu.