“Mançester Siti” klubu ardıcıl ikinci dəfə İngiltərə çempionu olub
Mayın 22-də futbol üzrə İngiltərə Premyer Liqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşib.

Cempionluq uğrunda "Mançester Siti" və "Liverpul" mübarizə aparıb.

“Mançester Siti”yə çempionluq üçün qələbə kifayət edib. "Liverpul" isə mövsümü 1-ci yerdə tamamlamaq üçün bu görüşdə qalib gəlməli və "Mançester Siti”nin isə xal itirməsini gözləməli idi. Bugünkü oyunlarda həm "Mançseter Siti", həm də "Liverpul" əzmkar qələbə qazanıb. Bu nəticələr isə "Mançester Siti”ni çempion edib.

Xosep Qvardiolanın komandası 93 xalla birinci, "Liverpul" isə 92 xalla ikinci olub. "Çelsi" 74 xalla mövsümü üçüncü yerdə tamamlayıb.

Beləliklə, "Mançester Siti" ardıcıl 2-ci, ümumilikdə isə 8-ci ölkə çempionluğunu qazanıb.

Xəbər 389 dəfə oxundu.