Müxtəlif bankların əməkdaşları arasında keçirilən həvəskar badminton yarışının qalibləri müəyyənləşib
1 nömrəli idman liseyində Azərbaycan Badminton Federasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif bankların əməkdaşları arasında həvəskar badminton yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd ölkənin bank sektorunda badmintona marağın artırılması, o cümlədən bu idman növünün inkişafına biznes və maliyyə sektorunun dəstəyinin stilmullaşdırılmasıdır.

Otuz iki kişi və qadın bamdintonçu şəxsi kateqoriyada qüvvəsini sınayıb.

Kişilərin yarışında Ramiz Əbilov (“PAŞA Bank”) birinci olub. Kamil Abdullayev və Hikmət Rüstəmov (hər ikisi “Rabitəbank”) ilk üçlükdə yer alıblar. Qadınların mübarizəsində isə Aynur Qənbərova (“Yelo Bank”), Ülviyyə Müzəffərli (“AccessBank”) və Nigar Nabaei (“Bank Melli İran”) mükafatçılar sırasında yer alıblar.

Mükafatçılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

İlk üç pillənin sahiblərinə hədiyyə kuponları təqdim edilib.

Xəbər 330 dəfə oxundu.