Millimizə "İnter"dən dəstək
Hazırda Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "İnter" DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə qarşılaşan Azərbaycan milli komandasının oyununa biganə qalmayıb. İdman.com.az saytının məlumatına görə, komandanın futbolçuları, klubun məşqçiləri və inzibati heyəti 1:1 hesabı ilə bitən qarşılaşmanı izləyiblər. "Bomond Garden" mehmanxanasının konfrans zalında bir araya gələn "İnter"in üzvləri matçı televiziya vasitəsi ilə canlı seyr edərək, 90 dəqiqə yığmamıza azarkeşlik ediblər.

Xəbər 976 dəfə oxundu.