“Leyptsiq” klubu tarixində ilk dəfə Almaniya kuboku yarışlarının qalibi olub
Futbol üzrə Almaniya kuboku yarışlarının finalında “Leyptsiq” klubu “Frayburq”u (1:1, penalti seriyası - 4:2) məğlub edib.

2009-cu ildə yaradılan klubun tarixində ilk rəsmi kubokdur. 2019-cu və 2021-ci illərdə komanda ölkə kuboku yarışlarının finalına çıxsa da, məğlubiyyətlə üzləşib.

“Leyptsiq” 13 illik tarixində iki dəfə Avropa yarışlarında yarımfinal mərhələsinə yüksəlib. Komanda 2019/2020-ci il mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə uduzub. Cari mövsüm isə komanda Avropa Liqasının yarımfinalında Şotlandiyanın “Reyncer” komandasına məğlub olub.

Almaniya çempionatının başa çatan 2021/2022-ci il mövsümünün nəticələrinə görə, “Leyptsiq” 58 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Xəbər 246 dəfə oxundu.