Qarabağ”ın qapıçısı Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib
Ağdamın “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Onun yubileyi oyunu XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.

Ş.Məhəmmədəliyev Premyer Liqada 2013/2014-cü il mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Xəbər 230 dəfə oxundu.