Azərbaycanın U-21 komandası Küveyt yığması ilə yoldaşlıq oyununda gücünü sınayacaq
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq prosesi çərçivəsində mayın 26-da Sumqayıtdakı “Kapital Bank Arena”da Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər 235 dəfə oxundu.