Radik İsayev Avropa çempionatında mübarizəyə başlayır
Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo və parataekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.

Yarışın son günü daha dörd idmançımız – Olimpiya çempionu Radik İsayev (87 kq yuxarı), Fatimə Məcidova (57 kq), Eltac Qafarov (74 kq) və parataekvondoçu Sadiq Həmidov (K-44 63 kq) mübarizəyə qatılacaqlar.

Qeyd edək ki, qitə çempionatında parataekvondoçularımız İmaməddin Xəlilov (K-44 70 kq) gümüş, Sabir Zeynalov (K44 58 kq) bürünc medal qazanıblar.

Xəbər 309 dəfə oxundu.