Şarjada keçirilən beynəlxalq turnirə Azərbaycan şahmatçıları qələbə ilə start veriblər
Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində keçirilən beynəlxalq turnirə Azərbaycan şahmatçıları qələbə ilə start veriblər.

Təmsilçilərimiz Nicat Abasov, Misrətdin İsgəndərov birinci turda qələbə qazanıblar. Komandamızın digər üzvləri Məhəmməd Muradlı, Aydın Süleymanlı ilk turun oyunlarını heç-heçə başa vurublar, Günay Məmmədzadə məğlub olub.

Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.

Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.

Xəbər 229 dəfə oxundu.