Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib.

Bu gün keçirilən XXVIII turadək 5 futbolçunun hesabında 11, 1 oyunçunun isə 10 qolu var idi. Bu 6 futbolçudan yalnız Kadi Borqes son turda fərqlənib.

“Neftçi”nin qapısına yol tapan “Qarabağ”ın braziliyalı futbolçusu mövsümdə 12-ci qolunu vurub. Futbolçu bununla da komanda yoldaşları Filip Ozobiç, İbrahima Vadji, “Zirə”dən Davit Volkov, “Sabah”dan Coy-Lens Mikelsi arxada qoyub.

Xəbər 243 dəfə oxundu.