Keçmiş «Liverpul»lu «Rostov»da
Bir ara «Liverpul» və Madrid «Atletiko»su kimi komandaların formalarını geyinmiş fransalı hücumçu Floran Sinama-Ponyol Rusiyaya üz tutub. İdman.com.az saytının məlumatına görə, həyat yoldaşı rus olan futbolçu keçidi ilə bağlı deyib: «Ümid edirəm Rusiyaya və yeni komandama qısa müddətdə uyğunlaşaram. Həyat yoldaşım Anastasiya, bu işdə mənə çox dəstək olacaq. Həm mənim üçün, həm də komanda üçün çox uğurlu bir mövsüm keçirməyi istəyirəm».

Hüquqları Lissabon «Sportinq»ində olan 27 yaşlı fransalı Portuqaliya klubunda 2 mövsümdə cəmi 5 dəfə forma geyib, 2010/11-ci illər mövsümündə «Saraqosa» və 2011/12-ci illər mövsümündə «Sent Etyenn»də icarədə olub.

Sinama-Ponyol 2001-ci ildə Fransa 17-yaşlılar yığması ilə dünya çempionu olmuş və orada qazandığı «Qızıl buts»u ilə diqqətləri üzərinə çəkmişdi. «Liverpul» futbolçunu 5 illik müqavilə ilə transfer etmişdi.

Xəbər 919 dəfə oxundu.