Şahmatçımız Azər Mirzəyev Hindistanda beynəlxalq yarışda iştirak edəcək
Sabah Hindistanda 13-cü şahmat festivalı start götürəcək.

Yarışın güclü A kateqoriyalı turnirində Azərbaycanı Azər Mirzəyev təmsil edəcək. On turdan ibarət olan turnirdə 30-u qrosmeyster olmaqla 114 şahmatçı iştirak edəcək.

Yarış mayın 29-dək davam edəcək.

Xəbər 410 dəfə oxundu.