Taekvondo və parataekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir
Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo və parataekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.

Avropa çempionatının üçüncü günü taekvondo üzrə yığma komandamızın üzvləri Cavad Ağayev (68 kq), Taleh Süleymanov (80 kq), Minayə Əkbərova (46 kq), Fəridə Əzizova (67 kq) mübarizəyə qoşulublar. Parataekvondo üzrə isə millinin kapitanı Əbülfəz Abuzərli (K-44 80 kq) dayanq üzərinə çıxacaq.

Qeyd edək ki, qitə çempionatında parataekvonduçularımız İmaməddin Xəlilov (K-44 70 kq) gümüş, Sabir Zeynalov (K44 58 kq) bürünc medal qazanıblar.

Turnir mayın 22-dək davam edəcək.

Xəbər 243 dəfə oxundu.