Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb
Qazaxıstanın “Turan” futbol klubunda çıxış edən Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb.

Yığmamızın baş məşqçisi Canni De Byazi qapıçını UEFA Millətlər Liqasının oyunlarına çağırıb.

Təcrübəli qolkiper bu ilin martında Malta və Latviya seçmələrinə qarşı keçirilmiş yoldaşlıq matçları üçün heyətə cəlb olunmamışdı.

Qeyd edək ki, martın 4-də "Turan" klubu ilə müqavilə bağlayan Emil Balayev komandada 1 oyun keçirib.

Xəbər 391 dəfə oxundu.