Azərbaycan parataekvondoçusu Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb | |
Bu gün Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında parataekvondo üzrə Avropa çempionatına start verilib. Millimizin 2 üzvü - Sabir Zeynalov (58 kq) və Röyalə Fətəliyeva (47 kq) mübarizəyə başlayıblar. Parataekvondoçumuz S.Zeynalov özbəkistanlı Sanjarbəy Muntorovu yarışdan kənarlaşdıraraq (2:0) yarımfinala vəsiqə qazanıb. O, həm də özü üçün ən azı bürünc medalı təmin edib. Qeyd edək ki, yarışda 12 ölkədən 60 parataekvondoçu medallar uğrunda mübarizə aparır. |
|
Xəbər 252 dəfə oxundu. |
|
|