Badmintonçumuz “YONEX Slovenia International 2022” turnirində iştirak edib
Badmintonçumuz Era Maftuha Sloveniyanın Maribor şəhərində keçirilən "YONEX Slovenia International 2022" turnirində iştirak edib.

Mübarizəyə təsnifat mərhələsindən başlayan təmsilçimiz qadın badmintonçuların şəxsi yarışı çərçivəsində ilk görüşündə indoneziyalı Ester Nurumi ilə qarşılaşıb.

Hər iki setdə rəqibinə uduzan (12:21, 8:21) idmançımız mübarizəni erkən dayandırıb.

Xəbər 659 dəfə oxundu.