200 milyon avro və Kriştianu Ronaldu
Madrid «Real»ının portuqaliyalı ulduzu bir neçə gün öncə söylədikləri ilə gündəmi tutub. Idman.com.az saytının məlumatına görə, 27 yaşlı futbolçu, «Qranada» ilə son oyunda vurduğu qollardan sonra sevinməmişdi və ondan bunun səbəbi soruşulanda Madriddə artıq xoşbəxt olmadığını söyləmişdi. İspan mətbuatı isə bu sözü «Real»da illik 10 milyon avro qazanan portuqaliyalı ulduzun klubundan daha çox pul qoparmaq istədiyi şəklində şərh etmişdi.

Öz Twitter səhifəsində mövzuyla bağlı bir açıqlama verən Kriştianu Ronaldu «Xoşbəxt olmadığımı ifadə etməyim, görünür, bir xaosa yol açıb. İnsanlar məni daha çox pul istəməklə günahlandırır. Amma bir gün anlayacaqlar ki, bədbəxt olmağımın səbəbi pul deyil» yazmışdı.
Ancaq klubda ilə 7,2 milyon funt alan futbolçunun 12 milyon istəməsi də məlumdu. İspaniyada yüksələn vergilər isə «Real»ı, razılaşdığı halda, ayda 25 milyonundan keçməyə məcbur edəcək.

İspaniyada qəzetlər Ronaldonun yaşadığı bu halın komanda yoldaşlarıyla arasında bir narahatlıq və baş məşqçi Joze Maurinyu ilə bir çətinlik doğura biləcəyini yazırdılar. Hətta qəzetlər Ronaldunun komandadan ayrıla biləcəyini belə iddia edirdilər. Ancaq Ronaldu bu söz-söhbətlərə belə cavab verdi: «Real» azarkeşlərinə zəmanət verirəm ki, kubokları qazanmaq üçün olan istəyim heç bir zaman azalmayacaq».

Tezliklə də, bütün bunların nəticəsi gəlib. Ronaldu növbəsinə duran ilk komanda, gözlənildiyi kimi «Mançester Siti» olub. İspaniyanın AS qəzetinin internet saytında iştirak yayılan xəbərdə İngilis klubunun Madridə meneceri Mendesi göndərərək Ronaldu üçün 200 milyon avroluq bir təklif etdiyi, portuqaliyalı futbolcunun özünə isə illik 20 milyon avro ödəməyin vəd edildiyi bildirilib. Xəbərə əlavə olaraq edilən sorğuda «200 milyon avro versələr Ronaldunu satarsınızmı?" sualına cavab verən 30 min oxucunun 86 faizi müsbət cavab verib. «Real»ın keçən il La Liqa çempionu olmasında böyük pay sahibi olan Ronaldunu əlindən çıxarmaq istəməyən Florentino Peres isə bu təklifi rədd edib.

Şeyx Mənsurun sahibi olduğu «Mançester Siti» daha əvvəl də Ronaldunu heyətinə qatmaq istəmiş və ötən mövsüm «Real»a 180 milyon avroluq bir təklif etmişdi. Şeyx Mənsurun yuxularını bəzəyən Ronaldu transferini, UEFA-nın 2014-15-ci illər mövsümündə tam qüvvəyə minəcək olan maliyyə fair-play qaydalarında ilişməmək üçün, bu tarixdən əvvəl reallaşdırmaq istədiyi bildirilir. Sözügedən qaydalara görə, klublar gəlirləri nisbətində xərclər edə biləcək və hər hansı bir klub başçısı və ya rəsmisi, klublara daha yüksək miqdarda pul köçürə bilməyəcək.
Ronaldunu sıralarında görmək istəyənlər arasında pullu sahibləri olan PSJ və «Anji»də var.

Xəbər 2330 dəfə oxundu.